Gənclər “Audi”nin pəncərəsindən çıxıb oyun oynadılar – ANBAAN VİDEO
Avtosfer TV 28 Avqust 2020 16:45 Oxunub 1750
Gənclər “Audi”nin pəncərəsindən çıxıb oyun oynadılar – ANBAAN VİDEO

Türkiyənin Antalya şəhərində hərəkətdə olan avtomobildəki yeniyetmələrin təhlükəli oyunu kameraya düşüb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisənin videosu Konyaltı rayonunda qeydə alınıb.

Kadrlarda, “Atatürk” prospektində 07 CJZ 68 markalı “Audi” markalı minik avtomobilinin hərəkətdə olduğu və bu zaman arxa yan qapıların şüşələrini aşağı endirərək iki nəfərin çıxdığı görülür. Bundan sonra onlar qapının pəncərəsində oturaraq avtomobilin damında əlləri ilə “daş, kağız, qayçı” oyunu oynayırlar. Gənclərin təhlükəli oyunu Adnan Menderes prospektinə qədər davam edib.

Hadisə şahidi bildirib ki, avtomobilin sürətlə hərəkətdə olduğu vaxt, ön sərnişin kreslosunda əyləşən şəxs də maşının qapısında oturaraq içki içib.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh