Avtobus gözləyən qızı döydü: başqası ilə səhv saldığını görəndə ... - VİDEO

Avtosfer TV 27 İyun 2024 20:33 Oxunub 2550
Avtobus gözləyən qızı döydü:  başqası ilə səhv saldığını görəndə ... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Polşada dayanacaqda avtobus gözləyən gənc qız həmcinsi tərəfindən döyülüb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, avtobus dayanacağında gənc qızın əyləşərək telefonla oynadığı və bu zaman bir qadının hücum edərək ona yumruq zərbələri endirdiyi görülür. Gənc qızın saçından tutub yerə sərən qadın, onun başına təpik vurmaq istəyəndə anidən dayanıb və gənc qızı başqa biri ilə səhv saldığını anlayıb. Tutduğu əməldən peşiman olan qadın hadisə yerindən qaçıb.

Yerli KİV-in məlumatına görə, hazırda polis gənc qıza xəsarətlər yetirən qadını axtarır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh