Avtobus sürən baş nazir: Köhnə günlər üçün darıxıram - VİDEO
Tükiyənin baş naziri Binəli Yıldırımın ilk peşəsi avtobus sürücüsü olub. Avtosfer.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə baş nazir özü bildirib. O deyib ki, Türkiyənin hər yerinə sərniş daşımasını həyata keçirib. Yıldırım köhnə günləri üçün darıxdığını da etiraf edib: "Vəzifədə olan bizim kimi insanların həyatı çox parlaq, cazibədar deyil. Biz nəzarətdə azad kimi yaşayırıq, istədiyimiz kimi hərəkət etmirik. Qorunma, təhlükəsizlik, ətrafımızda çox insan olur, normal, sadə bir vətəndaşı kimi hərəkət etmək istəyirsən, edə bilmirsən”.
O, atası ilə 1984-cü ilə qədər sürücülük etdiyini deyib. Əlavə edib ki, artıq 15 ildir maşın sürmür: “Nazir və baş nazir dönəmlərində təbii ki, belə fürsət olmur”.
Yıldırım deyib ki, avtobus onun üçün böyük bir məna daşıyır: “Mən avtobus aldıqda demək olar ki, universiteti bitirirdim. Atam heyvan ticarəti ilə məşğul olurdu, sonra avtobus sürməkdən də bir qədər pul qazandıq. Daha sonra taksi işi ilə məşğul olduq. İstanbulda 80-ci illərdə iki ticarət taksimiz var idi. Dənizçilik işi də görmüşük. İstanbul Texniki Universitetinin gəmi və dənizçilik fakültəsində təhsil almışam, dənizçiyəm”.
Baş nazir anasının gənc yaşda dünyasını dəyişdiyini, hər zaman atasına yardım etdiyini bildirib. Bundan başqa, gözəl yeməklər bişirdiyini, amma indi buna vaxtı olmadığını da vurğulayıb.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












