Avtobus sürücüsü sükan arxasında ləzginka oynadı – VİDEO
Rusiya polisi Moskvada sükan arxasında ləzginka oynayan sürücünün şəxsiyyətini müəyyən edib. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya DİN-nin rəsmi saytında məlumat verilir. Hadisənin videosu iyunun 4-də sosial şəbəkələrdə yayılıb. Kabardin-Balkar Respublikasının sakini rəqs zamanı hətta oturacaqdan da durur. Videoda görünür ki, avtobus yüksək sürətlə hərəkət edir.
Polis müəyyən edib ki, videoyazı aprelin 17-də saat 21:00 radələrində Moskva şəhərində lentə alınıb. Sürücü Kabardin-Balkar Respublikasının Zolski rayonunun 44 yaşlı sakinidir. O bildirib ki, boş avtobusu dostları ilə birlikdə servisə aparırdı. Sürücü polisləri əmin edib ki, vəziyyəti tam nəzarətdə saxlayırdı və “hər şeyin yaxşı bitdiyi üçün” bağışlanılmasını xahiş edib. Lakin Rusiya DİN-də hesab edirlər ki, sürücü həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb. Onun məsuliyyətə cəlb olunmasına dair məlumat verilmir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












