Avtobus sürücüsünün üzünə tüpürüb təhqir edən şəxs cəzalandırıldı - VİDEO
Xəbər verdiyimiz kimi, fevralın 18-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobus sürücüsünün, qaydaları pozaraq avtobusun hərəkət zolağında saxlamış 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü tərəfindən sərnişinlərin gözü önündə təhqir olunması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunmuşdu. Bu barədə SalamNews-a məlumat verən BakuBus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, artıq araşdırmanın nəticəsi ilə bağlı rəsmi məlumat “BakuBus” MMC-yə daxil olub. "Hadisənin araşdırılması Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis bölməsi tərəfindən həyata keçirilmiş və hadisəni törədən şəxs N.Musayev polis bölməsinə gətirildikdən sonar tutduğu əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirib, avtobus sürücüsündən üzr istəyərək bağışlanmasını xahiş edib. Bununla belə polis orqanları tərəfindən toplanmış materiallar əsasında vətəndaş N.Musayev barəsində törətdiyi qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu madəsinə uyğun olaraq inzibati tənbeh tədbiri həyata keçirilib".
“BakuBus” MMC bird daha sərnişinləri və digər yol hərəkəti iştirakçılarını qaydalara əməl etməyə, İctimai nəqliyyatın normal fəaliyyət göstərməsi üçün mövcud qanunvericiliyin tələblərini yerinə yetirməyə dəvət edir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












