Avtobus sürücüsünün vəsiqəsini girov saxlayan şirkət - “Azlənd Plaza” MMC - VİDEO

Avtosfer TV 7 Aprel 2023 16:50 Oxunub 1468
Avtobus sürücüsünün vəsiqəsini girov saxlayan  şirkət - “Azlənd Plaza” MMC  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin keçirdiyi reyd zamanı qeydə alınan qanunsuzluqlardan biri də avtobus sürücülərinin kobud qayda pozmaları ilə yanaşı nəqliyyat vasitəsini sənədsiz idarə etməsi oldu. Belə ki, “Azlənd Plaza” MMC-yə məxsus avtobusun sürücüsünün sürücülük vəsiqəsinin üzərində olmaması maraq doğurdu. Niyəsini soruşanda isə sürücü bizə belə cavabı verdi:

Sürücü: “Sürücülük vəsiqəsi şirkətdədir, axşam planı verdikdən sona bizə qaytarılır”

Sürücünün sözlərindən belə çıxır ki, şirkət sürücülük vəsiqələrini girov saxlayır. Axşam sürücü planı ödəyəndə vəsiqə ona qaytarılır. Bəs bu nə dərəcədə düzgün addımdır?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a açıqlamasında qeyd etdi ki, “Hər bir kəsin özünə məxsus sənədlərinin, istər sürücülük vəsiqəsi, istərsə də digər sənədlərin başqa şəxslər tərəfindən götürülməsi və bunun girov məqsədi ilə saxlanılması qanunda yolverilməzdir”.

Bu məslə bir yana, hələ sürücülərin dayanacağa 40-50 metr qalmış özlərinə saxlama məntəqəsi yaratmalarından danışmırıq. Elə danışmasaq yaxşıdır, yoxsa “Azlənd” kimi bəzi şirkətlərin özləri üçün yaratdığı “qanunlar” bir-bir ortaya çıxacaq.

 

Nurlan Sakitoğlu
Nərmin Əkbər

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh