Avtobus zolağına girib video çəkdi: "Probkada qalmıram..." - VİDEO
Avtosfer TV
6 Noyabr 2022 20:40
Oxunub 1694
Sosial şəbəkəyə istifadəçilərindən biri paytaxt küçələrində avtobus zolaqlarına daxil olaraq maşın sürür. Avtosfer.az xəbər verir ki, o video çəkərək "Probkada qalmayan mən" başlığı ilə paylaşım edib.
Belə ki, 99-DV-701 dövlət nömrə nişanlı, "Mitsubishi Pajero" markalı avtomobilin sürücüsü bu əməli ilə onu tənqid edənlərə "daha ağıllıyam" cavabını verir. Ona cərimə olunacağı barədə xəbərdarlıqlara isə "o məsələni həll etmişəm" deyə cavab da verib. Videonu təqdim edirik. Ümid edirik ki, özünü yol polisindən gizlətməyə çalışan sürücü bu ictimai qınaqdan sonra cərimə də olunacaq.
Fərid
ŞƏRH YAZ