Avtobusda unudulan uşaq ölü tapıldı - Sürücü adyala büküb gizlətdi - ŞOK VİDEO
Türkiyədə İzmirin Çiğli qəsəbəsində, uşaq bağçasında unudulan 3 yaşlı Alperen Sakinin ölümüylə bağlı qalmaqallı görüntülər ortaya çıxıb.
Alperen və yoldaşlarını gətirən servis avtobusunun saat 08:08 radələrində bağçanın önündə göründüyü kadrlarda əks olunub. Bağçada olmadığı saatlar sonra müəyyən edilən Alperenin cansız bədəninin 17:01-də bir səlahiyyətli şəxsin qollarında binanın içinə gətirildiyi üzə çıxıb. Görüntüdə məktəbin içində 2 dəqiqə 41 saniyə saxlanılan Alperenin bu dəfə 17:03-də üzərinə çarşab örtülü şəkildə çıxarılıb xəstəxanaya aparıldığı əks olunub.
15 avqustda baş verən olayda Serkan Sakin ilə Buket Sakin övladları Alperen Sakini bağçaya aparmaq üçün 47 yaşlı servis sürücüsü T.İ. ilə cavabdeh personal D.K.-ya təhvil veriblər. Uşaqlar maşından düşürüldüyü zaman D.K. ağlayan bir uşağı götürərək bağçaya daxil olub. Avtobusda yatan Alpereni unudan sürücü avtobusu bağçanın yanındakı avtoparkda saxlayıb. Alperenin bağçada olmadığını saatlar sonra bilən müəllimlər və tərbiyəçilər həyəti axtarmağa başlayıb. Axtrarış nəticə verməyincə bağçanın təhlükəsizlik kamerasının görüntülərini izləyiblər. Məlum olub ki, Alperen bağçaya heç girməyib. Bundan sonra bağçanın avtobusuna baxan səlahiyyətlilər azyaşlı Alperenin oturduğu qoltuqda cansız bədənini tapıblar. Bağça səlahiyyətliləri polisə verdikləri ilk ifadədə həqiqəti gizlədiblər. Belə ki, onlar polisə Alpereni yatmaq vaxtında yatırtdıqlarını, yuxudan ayılmayınca xəstəxanaya apardıqlarını deyiblər.
Sürücü T.İ. iləbağça müdürü Y.İ. həbs edilib./milli.az
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












