Avtobusların əksəriyyəti texniki baxışdan keçməyib - TƏHLÜKƏ - VİDEO

Bakıda sərnişindaşımada istifadə edilən avtobusların böyük əksəriyyəti texniki baxışdan keçməyib. Halbuki, həmin avtobuslar hər gün yüzlərlə sərnişini daşıyırlar. Bu da təhlükənin nə qədər ciddi olmasindan xəbər verir. Biri 2012-ci ilə, digərlərinin isə rəngi o qədər solub ki, heç neçənci ilə aid olduğu belə bilnmir. Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzinin müfəttişi Elgiz Teymurovun verdiyi məlumata görə, 2014, 2015 və 2016-ci ildə texniki baxışdan keçən avtobuslar çox azdır. 2017-ci ilin ilk aylarında isə demək olar ki, bununla bağlı müraciət edən sahibkar yoxdur. Halbuki, buraxılış ilindən asılı olmayaraq sərnişindaşımada istifadə edilən avtobuslar hər il texniki baxışdan keçəmilidr.
Şahidi olduq ki, bir çox sərnişindaşıma ilə məşğul olan avtobuslar texniki baxışdan keçməyib. Çəkiliş qrupumuza mane olmağa cəhd edən sürüclər də olub. Özünü avtobusun sahibi kimi qələmə verən şəxs isə heç təxniki baxışın nə olduğunu belə bilmir.
Avtobus sahibləri isə məsələ ilə bağlı danışmaqdan boyun qaçırdılar. Onlar tez bir vaxtda avtobuslarını texniki baxışa təqdim edəcəklşərini bildirdilər. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yol polisi tərəfindən mütəmadi olaraq avtobuslara qarşı reydlər keçirilir. Texniki baxışdan keçməyən avtobuslar aşkar edildikdə, dərhal yol hərəkətindən kənarlaşdırılaraq mühafizə olunan duracağa qoyulur. Fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər.
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












