Avtobusun arxasından sallanan uşaqlar TAPILDI - DYP Şöbəsinə çağırıldılar - VİDEO
Avtosfer TV
25 Fevral 2025 18:09
Oxunub 1686

Sumqayıt şəhərində bir qrup gəncin buzlu hava şəraitində hərəkətdə olan avtobusun arxa hissəsindən tutaraq sürüşməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli “Qafqazinfo”ya bildirib ki, həmin şəxslərin yetkinlik yaşına çatmadıqları müəyyən edilib və onlar valideynlərinin iştirakı ilə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə dəvət ediliblər.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və etdikləri hərəkətin insan həyatı üçün olduqca təhlükəli olduğu diqqətə çatdırılıb.
Valideynlərə isə övladları üzərində nəzarəti daha da artırmaq tövsiyə edilib.

ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














