Avtomobil 1 santimetr qalınlıqda təkərlə hərəkət edə bilərmi? - VİDEO
Avtosfer TV
21 İyun 2023 11:38
Oxunub 1454
ABŞ-dən olan bloqerlər maraqlı eksperiment aparıblar.
Avtosfer.az-ın xəbərinə görə, onlar “Toyota”ya təxminən 1 santimetr qalınlıqda plastik təkərlər taxaraq maşının özünü necə aparacağını yoxlayıblar. Bu məqsədlə pis yol örtüyü olan ərazi seçilib.
Lakin dəyişməyən fizika qanunları bu dəfə də özünü doğruldub. Nazik təkərin yerlə kontaktı pis olduğundan avtomobili çox kiçik sürətlə hərəkətə gətirmək lazım olub.
Bir neçə yüz metrdən sonra təkərlərdən biri sınıb və eksperiment dayandırılıb. Yenidən standart təkərlər taxılan avtomobildə heç bir nasazlıq olmayıb.
Vüqar
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR