Avtomobil ödəniş məntəqəsinə çırpıldı; ölən və xəsarət alanlar var - ANBAAN VİDEO

Braziliyanın Kampinas şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə "Governador Adhemar Pereira de Barros" magistral yolunda qeydə alınıb. Belə ki, 24 yaşlı sürücü idarə etdiyi avtomobillə yüksək sürətlə hərəkətdə olarkən ödəniş məntəqəsinə çırpılıb. Güclü zərbənin təsirindən məntəqə qurğusunun bir hissəsi çökərək ərazidəki digər nəqliyyat vasitələrinin üzərinə aşıb. Qəza nəticəsində avtomobilin 24 yaşlı sürücüsü həyatını itirib, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücünün sərxoş olub-olmadığını və hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.
Namiq Musayev
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












