Avtomobildə ayağı bayıra çıxarmağa CƏRİMƏ düşür? - DYP-dən CAVAB - VİDEO

Avtosfer TV 14 İyun 2023 08:43 Oxunub 2092
Avtomobildə ayağı bayıra çıxarmağa CƏRİMƏ düşür? - DYP-dən CAVAB - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Magistral yolda minik avtomobilində olan sərnişin təhlükəli hərəkət edib.

Qayda pozuntusu Salyan-Bakı yolunda qeydə alınıb. Təhlükəli vəziyyəti görən sürücülərdən biri həmin anı çəkib votsap nömrəsinə göndərib.

Sürücünün sözlərinə görə, Salyan rayonu ərazisində olan stasionar postdan sonra qarşısında hərəkət edən minik avtomobilindəki sərnişin ayağını çölə çıxarıb.

Kadrları izləyən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyir ki, bu, kobud qayda pozuntusudur.

Həmin vaxt avtomobilin yaxınlığından digər bir nəqliyyat vasitəsi sürətlə keçərdisə bu sərnişinin həyatı üçün təhlükə yarada bilərdi.

Şöbə rəisi onu da bildirdi ki, sosial şəbəkələrdə və internet portallarında yayılan bu cür videolar dərhal nəzarətə götürülür və sürücü tez bir zamanda aşkar edilir.

Qeyd edək ki, belə faktlara görə, sürücüyə sərnişindaşıma qaydasını pozduğu üçün 40 manat, sərnişinə isə təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün 30 manat məbləğində cərimə nəzərdə tutulur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh