Avtomobili qaçırıb polislə qaçdı-tutdu oynayan yeniyetmələr qəza törətdi – ANBAAN VİDEO

Rusiyanın Moskva əyalətində avtomobil qaçıran məktəblilər qəza törədiblər. Avtosfer.az xəbər verir ki, hadisə Odinçov şəhərində qeydə alınıb.
Məlumata görə, adı açıqlanmayan yeniyetmə oğlan (təxminən 12-13 yaşlı) valideynlərinin icazəsi olmadan avtomobili qaçıraraq eyni yaşlarda olan iki dostu ilə birgə şəhərin “Minsk” şosesində sürməyə qərar verib. Avtomobillə hərəkətdə olan yeniyetmələr qayda pozublar və bu da həmin vaxt ərazidə xidmət aparan yol patrul əməkdaşlarının gözündən yayınmayıb.
Polis qayda pozanları saxlamaq istəsə də, onlar əmrə tabe olmayaraq yollarına davam ediblər. Asayiş keşikçiləri isə yeniyetmələri məsuliyyətə cəlb etmək üçün təqibə başlayıb.
Əmrə tabe olmayan qayda pozanlar, bir müddət sonra avtomobil sükanı üzərində hakimiyyətlərini itirmələri səbəbindən dəmir arakəsmələrə çırpılıblar.
Qəza nəticəsində 3 məktəbli (bir qız ikisi oğlan) xəsarətlər alıb və yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Qayda pozan “BMW” sürücüsü 12 yaşlı qızı keçiddə vurdu - VİDEO
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO











