Avtomobilin yolunu kəsən "ərəbzəngi sürücü" - VİDEO

Avtosfer TV 18 Avqust 2023 11:29 Oxunub 968
Avtomobilin yolunu kəsən "ərəbzəngi sürücü"  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vətəndaşlardan biri Avtosfer.az-a müraciət edərək parkinqdə yolunu kəsən sürücü barədə məlumat verib. Müraciət edən şəxs bildirir ki, ötən həftənin şənbə günü, "Park Azure"nin qarşısındakı dayanacaqda avtomobili saxlayaraq marketə girib. Geri qayıdan zaman 77-KG-312 dövlət nömrə nişanlı avtomobilin onun maşınının önünü kəsdiyini görüb. Üzərində hər hansı nömrə olmadığı üçün qayda pozan sürücü ilə əlaqə saxlaya bilməyib. "Təxminən 1 saat gözləməli oldum. Daha sonra yanımdakı avtomobil çıxdıqdan sonra çətinliklə də olsa parkinqdən maşını çıxara bildim."
Vətəndaş aidiyyəti qurumlardan sürücünün cəzalandırılmasını xahiş edib.

Videonu təqdim edirik:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh