Saxta nömrə ilə maşın sürüb 5 avtomobili əzən narkoman sürücü saxlanıldı - VİDEO

Başqa nəqliyyat vasitəsinə məxsus dövlət qeydiyyat nişanlarından istifadə etməklə avtomobili narkotik vasitənin təsiri altında idarə edən və yol polisinin qanuni tələbinə əməl etməyən sürücü həbs edilib. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi idarəsindən məlumat verilib. Bildirilib ki, Bakı şəhər sakini Əbdüləli Quliyev “Chevrolet” markalı avtomobili müvafiq sənədləri olmadan, eləcə də avtomobilin üzərinə başqa nəqliyyat vasitəsinə məxsus 90-SR-036 dövlət qeydiyyat nişanı bağlayaraq idarə etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda saxlama işarəsi verilmiş, lakin o, tabesizlik göstərərək hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılıb.
Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.
Müayinə zamanı Əbdüləli Quliyevin narkotik maddə qəbul etməsi aşkar edilib və onun barəsində müvafiq sənədləşmə aparılıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











