Avtosfer.az | Reklam
Avtomobilini park etmək istəyən xanım aləmi bir-birinə qatdı - VİDEO
Avtosfer TV 2 İyul 2020 16:01 Oxunub 1248
Avtomobilini park etmək istəyən xanım aləmi bir-birinə qatdı - VİDEO

Rusiyanın Tula şəhərində qadın sürücü idarə etdiyi avtomobillə avtotəmir sexində aləmi bir-birinə qatıb. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri “Kominterna” küçəsində yerləşən avtotəmir sexinin təhlükəsizlik kamerasına düşüb.

Kadrlarda, avtomobilini təmirə sexinin həyətində park etmək istəyən xanım sürücünün əyləclə qazın yerini səhv saldığı və bundan sonra “Jaguar”ı öncə “Peugeot”ya daha sonra “Niva”ya ardınca da servisin qapısına çırpdığı görülür.

Videoda avtomobillərə və qapıya dəyən zərərin nə qədər böyük olduğu da əks olunub.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh