Sürücülərin NƏZƏRİNƏ: Ayırıcı zolaqlarda avtomobil saxlayanlar cərimələnəcəklər - VİDEO

Avtosfer TV 14 Sentyabr 2023 22:34 Oxunub 5070
Sürücülərin NƏZƏRİNƏ:  Ayırıcı zolaqlarda avtomobil saxlayanlar cərimələnəcəklər   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda sürücülər ayırıcı zolaqları parklanma zonası bilərək avtomobillərini burada saxlayır. Daha sonra isə cərimə olunurlar.

Söhbət Zaur Nudirəliyev küçəsi, “ASAN xidmət”in yaxınlığında yerləşən ərazidən gedir.

Sürücülər ayırıcı zolağı səhvən parklanma zonası bilərək avtomobillərini burada park edirlər.

Onlar burda avtomobillərini park edən zaman digər sürücülərə də maneə yaradır.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, yollarda salınan ayırıcı zolaqlar nəinki parklama yeri, hətta hərəkət üçün qadağandır.

Qeyd edək ki, avtomobillərini bu ərazilərdə saxlayan şəxlər 20  manat məbləğində cərimə olunacaqlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh