Avtoservisdə maşın belə yandı - VİDEO - FOTO

Avtosfer TV 10 Fevral 2024 15:00 Oxunub 4484
Avtoservisdə maşın belə yandı  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi Zaqatala rayonunda baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. 

Qurumdan verilən məlumata görə, rayonun Yuxarı Tala kəndində ümumi sahəsi 96 kvadratmetr olan, iki boksdan ibarət avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 24 kvadratmetr sahədə və içərisində təmirə dayanan VAZ markalı minik avtomobili yanıb. 

Sexin qalan hissəsi yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Zaqatalada avtomobil təmiri sexi yanıb.

Yanğın Zaqatala rayon Yuxarı Tala kənd ərazisində avtotəmir sexində baş verib.

Yanğın yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları cəlb olunub.

Yanğın zamanı sexin daxilində olan 1971-ci il təvəllüdlü Hüseynov Vaqif Qurban oğluna məxsus “VAZ 21011” markalı minik avtomobil tamamilə yanıb, eyni zamanda Əliyev Elşən Əhməd oğluna məxsus sexin 100k/m  tavan hissəsi qismən yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

(qafqazinfo)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh