Avtosfer.az 10 yaşını belə qeyd etdi - FOTO - VİDEO

Avtosfer TV 29 Aprel 2024 14:00 Oxunub 382
Avtosfer.az 10 yaşını belə qeyd etdi  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aprelin 26-da Avtosfer.az sayının 10 yaşınən tamam olması münasibətilə tədbir keçirilib. Tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, jurnalistlər, tərəfdaş şirkətlərin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. 

Tədbiri giriş sözü ilə açan Avtosfer.az saytının redaktoru Orxan Əli qonaqları salamlayıb və Avtosfer.az saytının keçdiyi 10 illik tarixə qısa nəzər salıb. 

Saytın yaradıcısı və baş redaktoru Elməddin Muradlı qonaqları salamlayaraq hər birinə təşəkkürünü bildirib. Saytın yaranma ideyası və inkişaf mərhələləri barəsində məlumat verib. 

Tədbirdə çıxış edənlər saytın fəaliyyətinin ölkəmizdə nəqliyyat təhlükəsizliyinə verdiyi yüksək töfhədən danışıblar. Qeyd olunub ki, bu illər ərzində Avtosfer.az özünü cəmiyyətdə doğruldub. 

Tədbir rəsmi hissədən sonra incəsənət nümayəndələrinin təqdimatında konsert proqramı ilə davam edib. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh