“Avtoş”lara şad xəbər: Bu ərazilər sizin üçündür - VİDEO
Son ki gündə ölkədə yadda qalan hadisə içərisində bakıda yol polisinin başağrısna çevrilən avtoxuliqanın saxlanması görüntüləri olub. ARB TV-nin "Günə Doğru” verlişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb. Sözügedən videosujetdə paytaxtın inzibati ərazisində yol polisinin təqibi ilə saxlanılan film kimi bu hadisənin görüntülər sosial medianın gündəminə çevrilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 33 yaşlı paytaxt sakini Ramin Ağasıyev tanışına məxsus maşınla kobud qayta pozuntusuna görə, saxlanılmasına cəhd edilsə də, sürücü buna məhəl qoymayıb. Nəticədə uzun təqibdən sonra suni tıxac vasitəsilə saxlanılıb. Bu hadisə illər öncə irəli sürülən bir məsələni belə, sürücülər üçün xüsusi meydançanın və ya ərazinin ayrılmasını yenidən aktual edir. Cəmiyyət tərəfindən etirazla qarşılanan avtoş-larla bağlı səslənən sərt çıxışlar sonda qanunda ciddi dəyişkiliklərə gətirib çıxardı.
Avtoxuliqanlarla bağlı fikir bildirən millət vəkili Fazil Mustafa, əsasən bu qəzalara səbəb kimi gəncləri görür: "Avtoxuliqanlarla məşğul olanalar əsasən gənclərdir. Yaşlı insanlar hər halda xuliqanlıq etmirlər. Avtomobillərini ictimai səviyyəni pozacaq qayadada idarə etmirlər. Bunun səbəbi nədir? Səbəbi odur ki, ba.qa sahələrə gənclərin yönləndirilməsi etiyac var”.
Bu da bir həvəs kimi sonradan azalsa da, görülən tədbirlər də ərazinin təhükəlilik dərəcəsini azaltdı. Ekpertlərin fikrincə illər öncə bu kimi hərəkətlərə yol verən sürücülərə rəğibət bəslənsə də indi, vəziyyət tamam fərqlidir.
Ekspert Elməddin Muradlı deyir ki, insanlar avto-xuliqanlıq videoları görəndə biraz təəccüblə yanaşırlar: "5 il bundan qabaq tamam başqa cür idi. Buna adi hal kimi baxırdılar. Çünki Bakının hər küçəsində, hər yolunda belə hallar baş verirdi. Artıq o təhlükəsizlik kamerlarının quraşdırılması, yol polisini bu sahəyə nəzarətinin gücləndirilməsi belə deyək, yaxşı nəticə verdi”.
Avtomobil həvəskarları da, şəhərdə avtoşluq etməyə yaxşı baxmır. Amma onlar adrenalin dolu bu hərəkətləri etmədən qala da bilmirlər.
Ekspert Elməddin Muradlı Bakı şəhərində belə bir yerin olduğunu deyir: "Bakı Olimpia Kompleksinin ərazisində bu kimi tədbirlər keçirilir. Təhlükəsizlik şərtlərinə əməl etməklə orada müəyyən abrierlər quraşdırılır, təkərlərdəm mühafizə səddi qoyulur və digər elementlərə diqqət yetirməklə sürüş təlimləri keçirilir”.
İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişiklikdən sonra, bu kimi əməllərə yol verən sürücülərə qarşı sərt qərarlar çıxarılıb. Hansıki, avtoşluq etməzdən öncə bir xeyli düşündünməyə məcbur edir.
Avtoşluq bir xəstəlik, bir hiss, bir adrenalin ola bilər. Amma insan həyatını təhlükəyə atacaq qədər vacib əməl sayıla bilməz. Bunun üçün də, risk etməyə dəyməz. Ən azından səağlam həyat və sağlam cəmiyyəti düşünmək yetər.
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO











