"Avtoşluq" edib video paylaşdı, Yeni ili həbsdə keçirəsi oldu - VİDEO - FOTO
Avtosfer TV
22 Dekabr 2021 19:30
Oxunub 12142

Paytaxtın müxtəlif küçə və prospektlərdə avtoxuliqanlıq hərəkətləri edərək videoya çəkib və sonra sosial şəbəkələrdə paylaşan sürücü həbs olunub. Avtosfer.az xəbər verir ki, 99 OH 107 dövlət nömrə nişanlı, "Chevrolet" markalı avtomobil sürücüsü Rəşad Abbasov Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində toplanmış materiallar aidiyyatı üzrə Binəqədi rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1 və 511.1.3-cü maddələri ilə təqsirli bilinərək 1 il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətində inzibati qaydada həbs olunub.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR















