AYNA sürücülərin narazlıq etdiyi "qoşa xətti" sildi - VİDEO

Avtosfer TV 30 Sentyabr 2024 11:13 Oxunub 202
AYNA sürücülərin narazlıq etdiyi "qoşa xətti" sildi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Heydər Əliyev prospektinin Hava Limanı qovşağından Sabunçu qovşağına qədər olan hissəsində hər iki istiqamətdə nişanlanma xətlərində dəyişikliklər edilib. Avtosfer.az xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib. Belə ki, sürücülərin narazılığına səbəb olan qoşa xətt silinərək qırıq xətlə əvəz edilir. Bu dəyişikliklər yolda nəqliyyat vasitələrinin daha təhlükəsiz hərəkətinə imkan verəcək.

Qeyd edək ki, artıq Sabunçu yol qovşağı istiqamətində işlər bitib. Görülən işlər çərçivəsində üfüqi nişanlanma xətləri də yenilənib. Gecə görülən işlərə onlarla əməkdaş cəlb olunub.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh