“Azdrama”nın yanında maşınların arası ilə rolik sürən gənc təhlükə saçdı - VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində avtomobil yoluna çıxaraq rolik sürən gənc ciddi təhlükə yaradıb.
Avtosfer.az xəbər verir ki, Yasamal rayonu Mirzəağa Əliyev küçəsindəki hadisə zamanı gənc nəqliyyat axınının intensiv olduğu prospektdə təhlükəli manevrlər edib, avtomobillərlə yanaşı hərəkət edərək həm öz həyatını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini riskə atıb.
Görüntülərdən açıq şəkildə görünür ki, rolik sürən şəxs yol hərəkəti qaydalarını kobud şəkildə pozur, müəyyən olunmuş piyadalar və velosiped yollarından istifadə etmədən avtomobil yolunun ortasında hərəkət edir. Bu isə hər an qəza baş verməsinə şərait yarada bilərdi.
Qeyd edək ki, belə hallar nəqliyyatın sıx olduğu paytaxt yollarında təkcə sürücülər üçün deyil, qaydalara əməl etməyən şəxslər üçün də ciddi təhlükə mənbəyidir. Mütəxəssislər bildirirlər ki, rolik və digər fərdi hərəkət vasitələri yalnız xüsusi ayrılmış park və velosiped yollarında istifadə olunmalıdır.
Eltac Zülfüqaroğlu
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










