Azərbaycan "Formula - 1"dən 500 milyon dollardan çox gəlir əldə edib - VİDEO

Dünyanın ən bahalı və ən çox izlənilən idman yarışlarıdan biri olan "Formula - 1" Qran - prisinə Azərbaycan 7-ci dəfə ev sahibliyi edəcək. Planetin dörd bir yanından bütün diqqətlər yenidən Bakıya yönələcək.
Nüfuzlu yarışın ölkəmizdə keçirilməsinin iqtisadi və turizm cəhətdən böyük əhəmiyyəti var. Paytaxtın mərkəzi otellərində yarışla bağlı yerlərin tam dolması bunu bir daha təsdiq edir.
İqtisadçı Fuad İbrahimov bildirib ki, Azərbaycanda "Formula -1" üçün əvvəlki illərdə lazım olan infrastruktur formlaşdırılıb. Buna görə də yarışdan gəlir əldə etmək üçün yaxşı imkanlar yaranıb. Azərbaycan indiyə qədər yarışdan 500 milyon dollardan çox gəlir əldə edib. Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektorları tutur.
"Formula - 1" yarışı ölkənin təqdimatı və tanıdılması baxımından da yaxşı vasitədir. Statistik rəqəmlərdəki göstəricilər bunun bariz nümunəsidir. 2018-ci ildə keçirilən Azərbaycan Qran - Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici sonrakı illərdə arataraq 90.2 milyon nəfərə çatıb. Formula üzrə Azərbyacan qran - prisinin Yaponiya, Polşa, Kanada, Macarıstan, İtaliya, Böyük Britaniya və Niderland kimi ölkələrdə də izləyici auditoriyalarında əhəmiyyətli dərəcədə artım müşahidə edilir.
"Formula - 1" Qran - prisinin sosial media izləyicilərinin sayı isə 116 faiz artmaqla yüksək həddə çatıb.
Qeyd edək ki, aprelin 28-dən 30-dək Bakıda keçiriləcək yarışa dünyanın 100-dən çox ölkəsindən bilet alınıb.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











