Azərbaycan piltorları düzgün qərar vermişdi - Onlar qəhrəmandır; Salli kimi... - VİDEO

Kim nə deyir desin, bizim AZAL-ın uçuş heyəti əsl qəhrəmanlıq göstəriblər. İlk gündən də demişdim, bir daha təkrar edirəm ki, o cür ağır situasiyada ən düzgün qərar sona qədər mübarizə aparmaq, "bəlkə endirə bildim" deyə müxtəlif manevrlər etmək, sonda isə sahildə daha təhlükəsiz yerə eniş edərək başqalarına zərər vurmamaq ideal yanaşma idi. Pilotlarımıza rəhmət diləyirəm. Kimsə onları Salli ilə müqayisə etməsin, heç bir müqayisə uyğun gəlmir. Birincisi, Sallinin təyyarəsi quşlarla toqquşmuşdu. İkincisi o qədər də yüksəklikdə deyildi, üçüncüsü, bəli, o situasiyada ən düzgün qərar suya düşmək idi və Salli bunu etdi. Bizim AZAL təyyarəsini isə qətiyyən suya salmaq olmazdı. Çünki təyyarəni vuranların da planı elə onu suya salıb həm təyyarəni, həm də bütün faktları batırmaq idi. Amma bizim qəhrəmanlar buna imkan vermədilər və nəticədə neçə sərnişin sağ qaldı...
Bilirsinizmi, "sonunu düşünən qəhrəman olmaz" deyirdilər, "filmdir" deyib keçib gedirdik. Amma həqiqətən onlar sonlarını düşünmədən nə qədər insanı xilas edərək həlak oldular.
Bizi göz yaşlarına qərq edən səsi ilə yaddaşlarda qalan Hökumənin yeri isə bir başqadır. O anda insanlara panika yaşatmadan düzgün təlimat vermək çətin addımdır, ancaq o bunu bacardı. Və elə bu bacarığı ilə də daim yaddaşlarda qalacaq. Allah ona da rəhmət eləsin.
Mən bir daha əmin oldum ki, Azərbaycanın hava yolları sağlam əllərdədir. Sadəcə mülkü təyyarəyə hücum edən cinayətkarlarla havada 3 saata yaxın savaşan AZAL ekipajı ilə fəxr edirəm. Sağ qalan iki nəfərə şəfalar diləyirəm. Onlar da qəhrəmandılar.
Məsələnin maraqlı və qəliz tərəfləri çoxdur. Təyyarəmizi vurublar, sonra enişə icazə verməyiblər, ardənca GPS sistemini söndürməklə bütün əlaqəni kəsiblər, təyyarəni dənizə salıb izi itirməyə də cəhd olunub. Dənizdən sağ çıxmaq ehtimalı az idi. Ancaq bizim pilotlar bu qədər iyrənc və məkrli planı məhv edərək nə qədər insanın həyatını xilas etməklə hər şeyi aşkara çıxara bildilər.
İstintaq daha çox şeyi üzə çıxaracaq. Azərbaycan dövləti hansısa məqamı boş buraxan deyil. Çünki cənab Prezident İlham Əliyevin bu məsələyə yanaşması başdan bəri sərt və qətiyyətli oldu. Səfərini təxirə salaraq geri qayıtdı və bu gün də hadisə ilə bağlı bütün detalları şəxsi nəzarətində saxlayır. Əminik ki, Ali rəhbər ədalətin bərqərar olmasını təmin etməklə cəmiyyətimizi narahat edən məqamlara son qoyacaq.
Elməddin Muradlı
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO












