Azərbaycana gətirilən "Toyota Prius"lar Gürcüstanda belə yığılır- ŞOK VİDEO

Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin qəzalı vəziyyətdə olduğunu aşkara çıxaran video sosial şəbəkədə yayılıb. Avtosfer.az bildirir ki, Gürcüstanda avtomobil təmiri məntəqələrindən birində çalışan əslən azərbaycanlı olan bir işçi bura gətirilən “Toyota Prius”un görüntülərini çəkərək sosial şəbəkələrdə yayıb. Videodan da aydın olur ki, yığılan avtomobilin ön və arxa hissəsi ayrı-ayrı maşınlara aiddir. Məlumdur ki, maşın alverçiləri ağır qəzadan çıxan bu maşını təmirdən sonra ölkəmizə gətirib satacaq.
Bu faktlar dəfələrlə üzə çıxarılıb ki, xarici ölkədən, xüsusən də Gürcüstandan Azərbaycana gətirilən maşınların böyük əksəriyyəti qəzalı, suya batmış və ya başqa cürə xəsarət almış maşınlar olur. Buna baxmayaraq hələ də bu cür avtomobillərə təlabat artmağa davam edir.
Sürücülərə məsləhət görülür ki, aldanmamaq üçün avtomobil alarkən mütləq mütəxəssisə göstərsinlər.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində ekologiyanı qorumaq məqsədi ilə hibrid tipli avtomobillərə xüsusi güzəştlər edilir ki, daha çox insan onlara sahib ola bilsin. Ölkəmizdə də bu cür güzəştlər tətbiq edilsə, guman edirik ki, alıcılar xaricidən gələn qəzalı avtomobillərə möhtac qalmaz.
Aysel
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO











