Azərbaycana yeni gətirilən Çin avtomobilin istehsalı dayandırıldı - EKSPERTDƏN TƏNQİD - VİDEO

Bildiyiniz kimi, “Changan A05” modelinin istehsalı dayandırılıb. Məsələ ondadır ki, bəzi alıcılar artıq bu avtomobili uzun müddətdir ki, sifariş verib, amma nəqliyyat vasitəsi hələ Azərbaycana çatmayıb. Yəni maşın yolda ola-ola istehsal dayandırılıb.
Avtosfer.az xəbər verir ki, bu fikirləri avtomobil sahəsində tanınan mütəxəssis Şahin Qasımov özünün sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, bu cür hallarda avtomobil sahibləri aldıqları maşından uzunmüddətli istifadə edə bilməyəcək:

“Bu o deməkdir ki, sən o maşını 10 il yox, hətta 3 il belə sürə bilməyəcəksən. Çünki bu avtomobilin Azərbaycana gətirilməsi cəmi bir il yarım öncəyə təsadüf edir. O vaxtlar da ölkədə taksi fəaliyyəti ilə bağlı geniş müzakirələr var idi və bu avtomobil həmin tendensiyaya uyğunlaşdırılırdı”.
Avtomobillər üzrə mütəxəssis əlavə edib ki, hazırda “BYD” və “Changan”ın digər markaları ilə bağlı da istehsalın dayandırılması xəbərləri yayılır:
“İndi də deyirlər ki, bu modelin yerinə ona bənzər başqa bir avtomobil buraxılacaq. Amma bu da tam fərqli olacaq. Üstündən bir il keçəcək, avtomobil sıradan çıxacaq. Üç il sonra ehtiyat hissəsi almaq istəyəndə isə “elə maşın yoxdur” cavabını verəcəklər”.
Şahin Qasımov qeyd edib ki, o zaman “Volkswagen” almağı tövsiyə etdikdə bəziləri buna etiraz edirdilər:
“Deyirdiniz ki, bu maşının ekranı fərqlidir, oturacağında masaj sistemi var, multimediyası güclüdür. Mən soruşuram: siz maşın alırsınız, yoxsa yataq mebeli? Bəziləri ömür boyu “QAZ-31” sürüb, amma indi bu dəyərləri çox tez unudurlar. Halbuki ölkədə ən çox istifadə olunan avtomobillər hələ də sovet istehsalı olanlardır. Sizin üçün əsas məsələ 10–20 il sürüləcək davamlı avtomobil olmalıdır, yoxsa masaj funksiyası?”

Hazırda bir çox avtomobil istifadəçisi ehtiyat hissələri alarkən çətinliklə qarşılaşır. Bu çətinlik xüsusilə bəzi Çin avtomobillərində daha qabarıq görünür. Belə ki, istənilən mağazaya daxil olub avtomobilin VIN kodunu təqdim etdikdə, əksər hallarda ehtiyat hissələrinin dəqiq siyahısı təqdim olunmur. Halbuki "Volkswagen" kimi brendlərdə bu sistem daha şəffaf və əlçatan şəkildə işləyir.
Mütəxəssis sonda vurğulayıb ki, "Volkswagen" markalı avtomobillərin VIN kodu ilə nəinki ümumi məlumatlar, hətta mühərrik və sürət qutusu kimi əsas hissələrin ehtiyat hissələri belə tapılır.
“Həmin kodlar beynəlxalq standartlara əsaslandığı üçün istər Azərbaycanda, istərsə də Almaniya və digər Avropa ölkələrində ehtiyat hissəsini sifariş etmək mümkündür.
Çin avtomobillərində isə vəziyyət tam fərqlidir. Bu markalara aid ehtiyat hissələrinin kodları çox vaxt yalnız lokal sistemlərdə işlədilir və qlobal baza ilə uyğunluq göstərmir.
Bunun əsas səbəblərindən biri kimi həmin modellərin qısa müddətdə – təxminən 1,5–2 ilə istehsaldan çıxması göstərilir.

Bu cür yanaşma avtomobil sahiblərini çətin vəziyyətdə qoyur. Çünki ehtiyat hissəsinin kodu yalnız istehsalçıya bağlı olur və bu, onun başqa ölkələrdən rahat şəkildə gətirilməsinə əngəl yaradır. Nəticədə avtomobil sahibi ya ehtiyat hissəni tapa bilmir, ya da uyğun olmayan detal almaq riski ilə üzləşir”.
Şahin Qasımovun “Changan”, “BYD” və “Volkswagen”lə bağlı danışdığı həmin videonu sizə təqdim edirik:
Eltac Zülfüqaroğlu
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO











