Azərbaycanda nəhəng yükü yerüstü keçidin altından keçirmək üçün asfaltı qazdılar - VİDEO

Avtosfer TV 30 Oktyabr 2023 15:10 Oxunub 10960
Azərbaycanda nəhəng yükü yerüstü keçidin altından keçirmək üçün asfaltı qazdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Qazax magistral yolunda yük maşınının nəhəng texnikanı daşıması marağa səbəb olub.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, yük maşınının üzərindəki ağır texnikanın hündür olması nəqliyyat vasitəsinin yerüstü keçidin altından keçməsinə əngəl törədib.

Nəticədə yolun asfalt qatı təmizlənib və yük oradan keçirilib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yük müstəqillik dövründə tikilən 1 280 meqavatlıq ən böyük elektrik stansiyasına aparılıb. 

Yük turbin və generatordan ibarətdir.

Qeyd edək ki, müstəqillik dövründə ən böyük elektrik stansiyası Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilib.

Həmin görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh