Azərbaycanda sərnişinsiz və avtobussuz qalan smart tipli avtobus dayanacağı - VİDEO - FOTO

Azərbaycanda ilk dəfə 2 il öncə İsmayıllıda bio smart avtobus dayanacağı quraşdırılıb. Maraqlısı odur ki, bu dayanacağın qarşısından avtobus keçmir. Dayanacaq elə dayanmaq üçündür. Harasa getmək üçün yox.
Dayanacağın əsas üstünlüyü pulsuz vayfayı (Wi-Fi), təhlükəsizlik kamerası, dezinfeksiya duşu, mini barı, sarj portu, USB girişinin olmasıdır. Dayancaq Günəş enerjisi ilə işləyir və 8 oturacağı var. Dayanacaqlar gecə avtomatik işıqlanır.
Qeyd edək ki, bu dayanacaq smart tipli elektrik avtobusu üçün nəzərdə tutulub. Azәrbaycanda ilk dəfə belə avtobusun da İsmayıllı şəhərinə gətirilməsi nəzərdə tutulub. Bu avtobuslar Günəş və külək enerjisi ilə işləyəcək. Nəqliyyat vasitəsi bio smart dayanacaqlar arasında xidmət edəcək.
Daha 2 belə dayanacağında quraşdırılması nəzərdə tutulur.
Könül


















