Azərbaycanın bu kəndində hamı velosiped sürür - VİDEO
Günümüzdə avtomobillərdən geniş istifadə olunsa da, Zaqatalanın Dağlı kəndində avtomobil heç də dəb deyil. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, bu kənddə əsas nəqliyyat vasitəsi hərtərəfli faydalı olan velosipeddir. 3185 nəfər əhalisi olan Dağlı kəndi rayon mərkəzindən 18 kilometr aralıda yerləşir. Kənd yollarında avtomobildən çox at arabası və velosiped görmək mümkündür. Gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələri, hətta qadınlar da uzun illərdir ki, velosiped sürürlər.
Sakinlər gündəlik həyatlarında, təsərrüfatlarının idarə edilməsində də nəqliyyat vasitəsi kimi əsasən velosipeddən istifadə edirlər. Bu ucqar kənddə müəllimlər məktəbə, tibb işçiləri xəstə yanına belə velosipedlə gedirlər.
Kənd sakinləri deyirlər ki, velosiped sürməyin insan orqanizminə də böyük faydası var. Velosiped yürüşü zamanı ayaq əzələləri möhkəmlənir, onların dözümlülüyü artır, ürək-damar və tənəffüs sistemlərinin fəaliyyəti yaxşılaşır. Məhz bu səbəbdən yaşlı nəslin nümayəndələri velospeddən istifadə etdikləri üçün daha gümrah yaşadıqlarını bildirirlər.
Sakinlərin nəqliyyat vasitəsi kimi velosipedə üstünlük vermələrinin əsas səbəbi, yuxarıda deyilənlərlə yanaşı, həm də ekoloji cəhətdən təmiz və xərcsiz olmasıdır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












