“Azəriqaz” özü mavi yanacağın tərkibinə hava vurur? - RƏSMİ AÇIQLAMA - VİDEO
Sosial şəbəkələrdə yayılan daha bir videodan məlum olur ki, Qaz İstismar idarəsinin işçiləri mavi yanacağın tərkibinə hava vururlar.
Demokrat.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi əməkdaşları tərəfindən evlərə gedən qaz xətlərinə hava vurulması ilə bağlı dəfələrlə şikayətlər olub. Lakin görünən odur ki, bu cür problemləri yaratmaqla vətəndaşları narazı salmaq istəyən şəxslər var.
Adətən boruya hava vurduqda qaz sayğacları da işlək vəziyyətdə olur. Belədə, “Azəriqaz” abonentlərin cibinə girmiş olur. yəni, insanlar istifadə etmədiyi mavi yanacağa görə ödəniş etməyə məcbur qalırlar.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Avtosfer.az-a bildirib ki, ötən gün sosial şəbəkələrdə Ucar rayonunda 22N-li Yol İstismarı MMC-ə məxsus kompressor qurğusu ilə təchiz edilmiş maşın tərəfindən yeraltı qaz xəttinə hava vurulması ilə bağlı dövlət qurumlarına qarşı insanlarda mənfi fikir formalaşdıran dəqiqləşdirilməmiş video paylaşılıb.
Rəsmi olaraq bildiririk ki, sözügedən maşın Ucar rayon Qaz İstismar idarəsinin müraciəti əsasında, yeraltı qaz xəttinə yığılan suyun kompressor vasitəsi ilə çıxarılması və qaz təchizatının təmin olunmasına kömək məqsədi ilə sözügedən əraziyə cəlb edilib.
Vətəndaşlardan xahiş edirik ki, bu cür dəqiqləşdirilməmiş məlumatlara inanmasınlar.
Bildirmək istəyirik ki, cəmiyyət arasında çaşqınlıq yaradan qərəzli və böhtan xarakterli məlumatların paylaşılması yolverilməzdir. Bu cür fəaliyyət qanuna ziddir və hüquqi məsuliyyət doğurur.
Haqqında danışdığımız şikayət videosunu təqdim edirik:
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











