"Azəriqaz" yolu qazıb nişan qoymadı, maşın çuxura düşdü - VİDEO

Bu gün paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində avtomobil qazılmış yol çuxuruna düşüb. Hadisə Cavadxan küçəsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında baş verib. Məlumata əsasən, avtomobil yolun hərəkət hissəsində açılmış çuxura düşərək orada qalıb. Bu səbəbdən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sözügedən qazıntı işləri “Azəriqaz” ASC tərəfindən aparılıb. Bildirilir ki, qazıntı zamanı ərazidə heç bir xəbərdarlıq nişanı qoyulmayıb. Yalnız avtomobillər çuxura düşəndən sonra “Azəriqaz” əməkdaşları əraziyə "təmir işləri aparılır, diqqətli olun" məzmunlu yol nişanları quraşdırıblar.

Nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, bu kimi hallara bəzi qurumlar tərəfindən dəfələrlə yol verilib. “Belə hadisələr nəticəsində vətəndaşlara ciddi maddi ziyan dəyib, bəzən isə xəsarət alanlar da olub. Bu kimi hallarla üzləşən vətəndaşlar mütləq məhkəməyə müraciət etməli və dəymiş zərərin ödənilməsini həmin qurumdan tələb etməlidirlər. Qanunvericilik bu hüququ tanıyır”.
Fidan
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










