Banner

“AzParking”in ərazisində saxlayıb ödənişini edən sürücü CƏRİMƏLƏNİB - FOTO + VİDEO

Avtosfer TV 25 Aprel 2025 18:54 Oxunub 1662
“AzParking”in ərazisində saxlayıb ödənişini edən sürücü CƏRİMƏLƏNİB   - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əsassız olaraq cərimələndiyini iddia edən sürücü saytımıza müraciət edərək problemini bildirib.

Avtosfer.az-ın məlumatına görə, 77-RE-750 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü ona dayanma-durma qaydalarını pozmasıyla bağlı elektron cərimə tətbiq olunduğunu bildirib. Şikayətçi bildirib ki, o, “AzParking”in nəzarəti altında olan ərazidə nəqliyyat vasitəsini saxlayıb və parklanmaya görə ödənişini də edib: “Fevralın 28-də, Əhməd Rəcəbli küçəsindəki “AzParking”in ərazisində və parklanma lövhəsinin nömrəsinə uyğun vaxtda avtomobilimi park etmişdim. Ödənişi edib ərazidən kənarlaşandan az müddət sonra (təxmini 2 saat) mənə dayanma-durma qaydalarını pozmağımla bağlı cərimə gəldi. Lakin faktiki olaraq parkinqin ərazisində və lövhədə qeyd olunan vaxtda maşını park etmişdim”.

Sürücü məsələylə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə “E-Polis” mobil tətbiqi vasitəsilə şikayət etdiklərini, lakin cəriməyə xitam verilmədiyini bildirib.

Nərmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

mehdi 29 Aprel 2025 14:19
salam eyni hal mende de baş bedib azpadking olan yerde saxlayıb getmişem amma dayanma durma cerimesi gelib