Azyaşlı qızına yük maşınının sükanını etibar edən ata məhkəməyə verildi - VİDEO

Avtosfer TV 29 Mart 2024 21:03 Oxunub 898
Azyaşlı qızına yük maşınının sükanını etibar edən ata məhkəməyə verildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azyaşlı övladına yük maşınının sükan idarəetməsini etibar edən və o anları sosial mediyada paylaşan ata məhkəməyə verilib.

Avtosfer.az yeli KİV-ə istinadən xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində qeydə alınıb.

Kadrlarda, azyaşlı qızın bir əli ilə su içdiyi, digəri ilə isə sükan tutaraq yük avtomobilini idarə etdiyi görülür. Həmin anları isə sərnişin oturacağında əyləşən ata mobil telefon vasitəsi ilə qeydə alaraq sosial şəbəkədə paylaşıb.

Sürətlə yayılan video istifadəçilərin sərt reaksiyası ilə qarşılanıb.

İzmir hüquq-mühafizə orqanlarının əməkdaşları görüntülərə dərhal reaksiya verərək qısa müddət ərzində ata və qızı saxlayıb.

Məlumata görə, ata sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə və başqalarının avtomobil idarə etməsinə icazə verdiyinə görə, inzibati qaydada cərimə olunub.

Bundan başqa, ata və qızı digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdıqlarına görə, məhkəməyə verilib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh