Babək prospektində qəza: Motosiklet “BYD”yə çırpıldı - ANBAAN VİDEO

Paytaxtın Babək prospektində baş vermiş yol qəzası kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan motosiklet, 77-PQ-250 dövlət nömrə nişanlı “BYD” markalı avtomobillə toqquşub.
Videodan görünür ki, “BYD” sürücüsü yola diqqət yetirmədən hərəkətdə olduğu zolaqdan sola manevr edib və zolağa keçdikdən sonra dayanıb. Bu zaman həmin zolaqdakı motosiklet sürücüsü siqnal verərək xəbərdarlıq etsə də, qəza qaçılmaz olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Videoda avtomobil sürücüsünün qəzadan sonra dönmə işığını yandırdığı da aydın görünür. Hadisə şahidi olan türkiyəli vətəndaş da bununla bağlı sürücüyə irad bildirib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, sürücü zolaq dəyişdirərkən yolun boş olduğundan əmin olmalıdır. Əgər həmin zolaqda yaxınlaşmaqda olan avtomobil varsa onlara yol verməlidir. Dönmə siqnalını manevr etməzdən öncə aktiv etməli və ani hərəkətlərdən qaçmalıdır. Bu qaydalara riayət etmək həm sürücülərin, həm də yol istifadəçilərinin təhlükəsizliyini təmin edir.
Nərmin
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










