Bakı hava limanında biabırçılıq - Turistlər belə aldadılır - VİDEO

Bakıda taksi sürücüləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BakıKartalaraq "BakuBus"a məxsus "express" xətt avtobusları ilə şəhərə gəlmək istəyən turistlərin işinə yerli-yersiz müdaxilələr edirlər. Onların az qala ətəyindən yapışaraq, çantalarını məcbur götürərək dil tökür, yalandan ödəniş terminallarının işləmədiyini deyirlər.
Avtosfer.az-ın məlumatına görə, baxmayaraq ki, Beynəlxalq Hava Limanında taksilər üçün xüsusi yerlər nəzərdə tutulub, hətta xətt də çəkilib ki, o xətti keçməsinlər. Ancaq turistlərə qarşı həddən artıq "sevgiləri" onları sakit buraxmır. Baş verənlər isə bu ərazidə zaman-zaman acınacaqlı mənzərələrin, hadisələrin yaranmasına, tragikomik görüntülərin ortaya çıxmasına gətirib çıxarır.
Əlbəttə, taksi sürücüləri də öz xidmətlərini təklif edə bilərlər. Ancaq bu, daha sivil və mədəni şəkildə, turustləri aldatmadan, onlara yalnış məlumatlar vermədən, həyasızlıq, sırtıqlıq etmədən, əcnəbilərin zəhləsini tökmədən, onlarda ikrah və nifrət hissi yaradılmadan həyata keçirilməlidir.
Ölkəmizə səfər edən turistlərə yüksək xidmət əvəzinə yüksək qiymətlər təklif etmək fikrinə düşən taksi sürücüləri hava limanı ətrafında qurbanını gözləyən ovçuları xatırladır. Turistlərə olan ifrat "sevgiləri" isə onlara təyin olunmuş yerlərində dayanmağa imkan vermir...
Prezident İlham Əliyevin göstərişi turizm ölkəmizdə prioritet istiqamətlərdən biri seçilib və qarşıya Azərbaycana gələn turistlərin sayının daha da artırılması məqsədi qoyulub. Çünki turizmin inkişafı iqtisadiyyatın da güclənməsi, insanların gəlirlərinin artması deməkdir. Amma bəzi taksi sürücülərinin bu cür əməlləri - əcnəbi turistləri bezdirmələri, onları aldatmaları onlarda ikrah hissi, Azərbaycan haqqında mənfi yaradır. Bu isə ümumi işimizə xələl gətirir.
milli.az
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO












