Bakı küçələrini tüstüyə bürüyən “Moskviç” - VİDEO
Avtosfer TV
5 Sentyabr 2022 14:29
Oxunub 1340

Bakıda havanı dəm qazı ilə çirkləndirən avtomobil aşkarlanıb. Avtosfer.az xəbər verir ki, paytaxt küçələrinin birində 10-FZ-679 dövlət nömrə nişanlı, “Moskviç” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini nasaz mühərriklə idarə edib.
Qeyd edək ki, qanunvericiliyə görə belə nasazlığın aradan qaldırılması mümkün olmadıqda sürücü 50 manat cərimə oluna bilər. Videonu təqdim edirik:
Nərminə Əli
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














