Bakı-Qazax yolunda "90-lıq yolda 86 ilə radara düşən" sürücü ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Sosial şəbəkələrdə Ağstafa rayon sakini Turan Nağıyevin özünə məxsus “Mercedes-Benz” markalı avtomobil ilə Bakı-Qazax-Gürcüstan avtomagistralının 453-cü kilometrliyində maskimal sürət həddinin 90 km/saat olduğu halda 86 km/saat sürətlə hərəkətdə olduğu zaman cərimə olunması ilə bağlı kütləvi informasiya vasitələrində xəbər yayılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları vətəndaşın iştirakı ilə həmin əraziyə baxış keçirib, müvafiq araşdırmalar aparıblar. Araşdırmaların nəticəsində həmin ərazidə maksimal hərəkət sürətinin saatda 90 km deyil, 60 km olması müəyyən edilib və bu barədə vətəndaşla profilkatiki söhbət aparılıb. Araşdırmanın nəticəsindən razı qalan T. Nağıyev hər hansı bir şikayətinin olmadığını qeyd edərək polis əməkdaşlarına təşəkkürünü bildirib.
Təbriz
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO










