Bakı-Qazax yolunda təhlükə yaradan yük maşını sürücüləri aşkar edildi - ANBAAN VİDEO - YENİLƏNİB

"Bakı-Qazax yolunda yük maşını sürücüləri təhlükəli vəziyyət yaratması ilə bağlı yol polis idarəsində araşdırma aparılıb və qayda pozan sürücülər aşkar edilib".
Bu barədə Baş DYP İdarəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, həmin sürücülər barəsində qanuna müvafiq olaraq sənədləşdirmə işləri aparılacaq.
“Bir daha bütün sürücülərin, xüsusən də yük maşını sürücülərin diqqətinə çatdırırıq ki, belə kobud qayda pozuntuları ilə özlərinin və digər hərəkət iştirakçılarının həyatlarını təhlükəyə atmasınlar. Yol hərəkəti qaydalarına ciddi əməl etsinlər.
Belə sürücülərə qarşı mütamadi olaraq tədbirlər görülür və bundan sonra da davam etdiriləcək”, - deyə Toğrul Nəsirli bildirib.
***
Bakı-Qazax yolunda yük maşını sürücüləri təhlükəli vəziyyət yaradıblar.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə göndərilib.
Mişar daşları ilə dolu olan iki yük maşınının sürətlə hərəkət etdikləri görüntülərə əks olunub.
Hər iki yük maşını sürücüsü yolu bir-birlərinə güzəştə getməyərək təhlükəli vəziyyət yaradırlar.
Bununla da hər iki sürücü həm özləri həm də digər nəqliyyat vasitələri üçün qəza şəraitinin yaranmasına səbəb olublar.
Görüntüləri təqdim edirik:
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO










