Bakı-Quba avtomobil yolunda işlər nə vaxt yekunlaşır? - VİDEO

''Radar olmasa da ödənişli yolda sürücülər sürət həddinə əməl etməlidirlər''.
Bu sözləri avtomobil yolları dövlət agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov bildirib. Sədr qəzaların yaşanmaması üçün sürücülərin diqqətli davranmalarını, yol nişanlarına əməl etməli olduqlarını deyib.
Saleh Məmmədov köhnə Bakı-Quba yolunun təmirindən də danışıb. Qeyd edib ki, həmin yolun qubadan gəliş hissəsi tam, bakıdan gediş hissəsi qismən təmir edilib. Yay aylarında geriqalan hissə əsaslı şəkildə yenilənəcək və sürücülər rahat istifadə edə biləcəklər. O hazırda təmir işləri aparılan Muğanlı-İsmayıllı avtomobil yolu barədə də məlumat verib.
Bu arada Murovdağ tunelinin alternativi sayılan Suqovuşan-Ağdərə-Kəlbəcər avtomobil yolunu da hazırda əsaslı şəkildə yenidən qurulur. Ölkə başçısının tapşırığına əsasən antiterror tədbirlərindən sonra azad edilən ərazilərdə 6 yol layihəsi start götürüb.
Ümumilikdə işğaldan azad edilən ərazilərdə 16 layihə nəzərdə tutulub. Ümumilikdə bu ərazilərdə yol işlərinin 2025-ci ilin ortalarına qədər 80%-dən artıq hissəsinin yekunlaşdırılması hədəflənir.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











