Bakı-Quba yolunda sürət limiti varmı? - Ərşəd Hüseynov AÇIQLADI - VİDEO

Avtosfer TV 27 Oktyabr 2023 11:53 Oxunub 4028
Bakı-Quba yolunda sürət limiti varmı?  - Ərşəd Hüseynov AÇIQLADI  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər sosial şəbəkələrdə müzakirə mövzularından biri də yeni istifadəyə verilmiş Bakı-Quba yolunda sürət həddinin olmamasıdır. Bəziləri qeyd edir ki, guya bu yolda sürət göstəricisi olmadı üçün limit də yoxdur. Avtosfer.az xəbər verir ki, hüquqşünas Ərşad Hüseynov bu məsələyə aydınlıq gətirib. Hüquqşünas bildirib ki, Yol Hərəkəti Haqqında Konvensiyanın 13-cü maddəsinin 2-ci hissəsində deyilir ki, Konvensiyaya qoşulan bütün dövlətlər öz ərazilərindəki yollarda maksimum sürəti məhdudlaşdırılmalıdır. "1998-ci ildə qəbul olunmuş Yol Hərəkəti Haqqında Qanunun 50-ci maddəsində bildirilir ki, ölkəmizdə ən yüksək sürət minik avtomobilləri üçün 110 km/saat müəyyən edilib. Həmçinin böyük yük avtomobilləri və avtobuslar üçün maksimum sürət həddi 90 km/saatdır."
Ərşad Hüseynov bildirib ki, yeni istifadəyə verilmiş yolda "sürət limiti yoxdur" şayiəsinə heç kim inanmamalıdır. 


"Həmin yolda 5.1 nişanı var. Sürət göstərən tablo olmasa belə qeyd olunan nişan maksimum 110 km/saat sürətlə hərəkətə icazə verir."


Hüquqşünas onu da əlavə edib ki, bu yol B kateqoriyalıdır. Odur ki, sürücülər həmin yolda təhlükəsiz hərəkət üçün daha diqqətli olmalıdırlar. "Həmin yolda 6.14 servis nişanı var. Bu isə o deməkdir ki, servis nişanlarının yanında sürət həddini ölçmək olar. Odur ki, limit yoxdur deyənlər yol polisinin radarla sürət ölçdüyünü görə bilərlər."


Ərşad Hüseynov sürücüləri diqqətli olmağa və qaydalara riayət etməyə çağırıb.

Orxan Əli

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh