Bakı sakinləri hansı ictmai nəqliyyat növünü daha etibarlı hesab edir? - VİDEO

Hər gün minlərlə insan işə, məktəbə və digər gündəlik fəaliyyət məkanlarına çatmaq üçün nəqliyyat vasitələrindən istifadə edir. Paytaxt Bakıda bu məqsədlə ən çox istifadə olunan ictimai nəqliyyat vasitələri arasında avtobus, metro, sürət qatarı və taksi yer alır.

Avtosfer.az paytaxt sakinləri arasında apardığı sorğuda onların hansı nəqliyyat vasitəsinə daha çox etibar etdiyini öyrənməyə çalışıb. Sorğunun nəticələrinə əsasən, sakinlərin böyük əksəriyyəti avtobus və metroya üstünlük verdiklərini bildiriblər.
Sakinlər qeyd edib ki, metro sistemi sürətli, nizamlı və tıxacdan təsirlənmədiyi üçün daha çox etibar edilir. Avtobuslar isə daha geniş əraziyə xidmət göstərdiyi üçün populyardır. Lakin sakinlər avtobusların intervalının qısaldılması, yəni daha tez-tez hərəkət etməsinin vacibliyini vurğulayıblar. Bununla yanaşı, xüsusilə yay aylarında kondisionerlərin işlək vəziyyətdə olması da əsas tələblər sırasındadır.
Sorğunun nəticələri göstərir ki, ictimai nəqliyyatda əsas gözləntilər sürət, rahatlıq və kondisioner sistemlərinin işlək olmasıdır. Sakinlər həmçinin nəqliyyat vasitələrinin texniki baxımdan təhlükəsiz və təmiz saxlanılmasının da vacibliyini qeyd ediblər.
Eltac
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










