Bakı-Şamaxı yoluna düz xətt çəkdilər; sürücülər çaş-baş qaldı - CƏRİMƏSİ VAR? - VİDEO

Bakı-Şamaxı yolunda olan nişanlanma xətləri sürücülər arasında çaşqınlıq yaradıb. Sürücülərdən biri Avtosfer.az-a videomaterial göndərərək sual ünvanlayıb. Oxucu bildirir ki, Bakı-Şamaxı-Bakı istiqamətində birtərəfli magistral yolda manevr edərək sola keçmək istəyən sürücülər çox uzun məsafə qət etməlidirlər.
Videodan da göründüyü kimi, yolboyu çox nadir hallarda qırıq-qırıq xətlərə rast gəlmək olur.
Avtosfer.az oxucunun sualını nəqliyyat üzrə ekspert Elməddin Muradlıya ünvanlayıb. Ekspert bildirir ki, həmin bütöv xəttin heç bir hüquqi əhəmiyyəti yoxdur. Sürücülər istədikləri zaman, qayda pozmadan, təhlükəsizliyə əməl etməklə manevr edərək sağa, sola keçə bilərlər.
Elməddin Muradlı aydınlıq gətirərək səbəbi də açıqlayıb: “Yollarda təmir işləri zamanı bu tip səhvlərə çox zaman rast gəlinir. Bir müddət öncə Bakı-Şamaxı-Bakı magistral yolunda aparılan təmir işləri zamanı yolun bir istiqaməti bağlanaraq, digər istiqaməti ikitərəfli yol kimi istifadə olunub. Bu səbəbdən də çəkilmiş nişanlanma xətti ikitərəfli yol üçün nəzərdə tutulub. Təəssüflər olsun, təmir bitdikdən sonra xəttin silinməsi unudulur və bu da sürücülər arasında anlaşılmazlıq yaradır”.
Qeyd edək ki, bu cür yollarda bütov xətt yalnız geriyədönmə yerlərində ola bilər ki, onun da uzunluğu 100-150 metrdən çox ola bilməz. Bu görüntülərdə isə geriyədönmə yeri gözə dəymir.
Nərminə Əli
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











