Bakıda 13 yaşlı uşağı öldürən sürücü azadlıqdadır, yerinə başqası həbs olundu - VİDEO

Ötən həftə Bakının Yasamal rayonu ərazisində ölümlə nəticələnən dəhşətli hadisə baş verib. Bu barədə hadisə qurbanının yaxınları məlumat verib. Belə ki, 7 avqust 2021-ci il tarixdə, 22:32 radələrində 2008-ci il təvəllüdlü Bağışov Nurlan Əyyar oğlu və 1966-cı il təvəllüdlü Bağışov Əyyar Hüseynqulu oğlu yolu keçərkən yüksək sürətlə hərəkət edən göy rəngli “Mazda CX-5” markalı avtomobilin zərbəsinə məruz qalıb.
13 yaşlı oğlan avtomobilin zərbəsindən əks yola düşərək qarşıdan gələn “Toyota Prius” markalı minik maşınının təkərləri altına düşüb. N.Bağışov hadisə zamanı yerindəcə keçinib, atası Ə.Bağışov isə xəsarət alaraq Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı xəsarət almış və həyatını itirən azyaşlının atası Bağışov Əyyar Yasamal rayon Polis İdarəsində işin düzgün aparılmamasından şikayətçidir. O, bu məqsədlə Prezident İlham Əliyevə şikayət ərizəsi də göndərib.
Övladını itirmiş ata ərizədə qeyd edir ki, cinayət hadisəsi ört-basdır edilir. Belə ki, o, iddia edir ki, hadisə yerinə tökülmüş qan spirtli maddələrlə yuyulub təmizlənib, maşından qopmuş əşyayi-dəlillər məhv edilib, kamera görüntüləri silinib. Uşağı vuran avtomobilin sürücüsü qadın olduğu halda onun əri bir gün sonra saxlanılıb və bir saat sonra azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işini araşdıran müstəntiq Samir Ağayevlə əlaqə saxladıq. O, əvvəlcə bizimlə 15 dəqiqə sonra danışacağını bildirsə də, növbəti əlaqə qurmaq cəhdlərimiz uğursuzluqla nəticələndi.![]()
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO












