Avtosfer.az | Reklam
Bakıda "3D" yol nişanı peyda olub - VİDEO
Avtosfer TV 6 Avqust 2020 16:05 Oxunub 24570
Bakıda "3D" yol nişanı peyda olub  - VİDEO

Paytaxtın Neftçilər prospektində qəribə yol nişanı var. Avtosfer.az xəbər verir ki, yeni açılan "Dəniz Mall"-a dönmək üçün yolun bir zolağı ayrılıb. Hətta ərazidə svetofor da quraşdırılıb. Burada sürücüləri çaşdıran bir nişan var. Belə ki, yerdə 2 dəfə ancaq sağa istiqamət göstərilsə də sonuncu nişan düzünə və sağa istiqamətlidir. Maraqlısı isə odur ki, bu xətt günün bəzi saatlarında günəş effekti ilə görünür, bəzən isə yox olur. Bu isə sürücülər arasında çaşqınlıq yaradır. Həmin nişanın yenidən düzəldilməsi zəruridir. Əks halda sürücülər özləri də bilmədən qayda pozub təhlükə yarada bilərlər.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh