Bakıda 68 yaşlı qadını avtomobil vurub - Ərazidə piyada keçidi niyə yoxdur? - VİDEO

Bakıda yolu keçmək istəyən 68 yaşlı qadını avtomobil vurub.
Piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi günorta saatlarında paytaxtın Xətai rayonu, 8 noyabr prospektində baş verib.
Ərazidə yaşayanların sözlərinə görə, 68 yaşlı Kimsəxanım Xatunbayeva piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçərkən onu ''Porche'' markalı avtomobil vurub. Xəsarət alan qadın zərbənin təsirindən başqa bir minik avtomobilinin üzərinə düşüb. Qadın aldığı xəsarətdən elə hadisə yerindəcə ölüb.
Sürücü Balabəy Ağayev deyib ki, sürəti saatda maksimum 60 olardı. Hadisə yerinə dərhal yol patrul xidməti və rayon polis idarəsinin istintaq qrupu gələrək araşdırmalar aparıblar. Daha sonra qadının meyti məhkəmə tibbi ekspertiza və pataloji anatomya birliyinə aparılıb.
Ətrafda yaşayanlar iddia edirlər ki, yolun həmin hissəsində belə hadisələr tez-tez baş verir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agenliyinin mətbuat katibi Mais Ağayev bilidirdi ki, "8 noyabr prospekti"ndə yol boyunca müəyyən olunmuş yerlərdə müxəli səviyyəli piyada keçidləri var. O qeyd etdi ki, hadisənin baş verdiyi ünvanla bağlı da təhlillər aparılacaq, əgər zərurət varsa, orada yaxın günlərdə piyada keçidi təşkil ediləcək.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











