Bakıda 8 avtomobildən oğurluq edən şəxs saxlanılıb - FOTO - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı müxtəlif vaxtlarda rayon ərazisində avtomobillərin şüşələrini qıraraq salonlardan oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq, təkrar törədildikdə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə məhkum olunmuş Nurlan Hüseynov saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırma zamanı onun Nərimanov rayonu ərazisində müxtəlif markalı 8 avtomobilin salonundan maqnitafonlar, pul və digər əşyalar oğurlayaraq dəyər-dəyməzinə satdığı məlum olub.
"Qeyd edək ki, Nurlan Hüseynov oğurluğa gedən zaman həmin ərazilərdə quraşdırılan müşahidə kameraları vasitəsi ilə də görüntülənib. Bu isə onun qeyd edilən hadisələri törətdiyini bir daha sübüt edir.
Nurlan Hüseynov barəsində 17-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilib. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə, digər ərazi polis orqanlarına, habelə Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.


Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO










