Bakıda "avtoş" sürücü "Mercedes"lə yolu bir-birinə qatdı -99-NN-461 - VİDEO

Yolda avtoxuliqanlıq edən sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Rəşid Behbudov küçəsində qeydə alınıb. Videodan da göründüyü kimi 99-NN-461 dövlət qeydiyyat nişanlı, “Mersedes Benz” markalı avtomobilin sürücüsü 3 zolaqlı sıxlıq olan yolda bir zolaqdan digərinə keçərək ötmə etməyə çalışır. Bu zaman qarşısına çıxdığı avtomobilin siqnallaması sonrası əsəbiləşən sürücü bu dəfə daha böyük qayda pozuntusu törədib yolun qarşı tərəfinə keçir. GTA oyununu xatırladan hadisənin sonunda sürücü dayanma-durma qaydasını pozub haqlı şəkildə etiraz edən sürücüylə “nə olub dünyanın axrıdır?” - deyərək mübahisəyə girir.
Sürücülük vəsiqəsi daşıyan şəxsin bu şəkildə qayda pozuntularına yol verməsi qəbuledilməzdir. Yolun altını-üstünə gətirən sürücünün gəlib ən sonunda qırmızı işıqda dayanması isə onun yol hərəkəti qaydalarını bilməməsi ilə də əlaqələndirilə bilər.
Qeyd edək ki, bu kimi hallar İnzibati Xətalar Məcəlləsinə görə qadağandır. Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi sürücünü sərt şəkildə cəzalandıracaq.
Yunis
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











