Bakıda "avtoş"ların film kimi videosu: "protiv" sürüb polisdən qaçdılar - VİDEO
Avtosfer TV 22 Sentyabr 2020 10:00 Oxunub 3906
Bakıda "avtoş"ların film kimi videosu:  "protiv" sürüb polisdən qaçdılar - VİDEO

Sentyabrın 21-i paytaxtın Yusif Səfərov küçəsində avtoxuliqanlıq edən sürücülərin videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 90-ME-212 qeydiyyat nişanlı "Tofaş" markalı və 99-XJ-116 qeydiyyat nişanlı "Nissan Sunny" markalı avtomobillərin sürücüləri təhlükəli manevrlər edərək yüksək sürətlə hərəkət edib. Onlar, Yol Patrul Xidməti avtomobili tərəfindən təqib olunduqları üçün Yusif Səfərov küçəsindən sağa- Xocalı prospektinə dönərək polisdən qaçmağa çalışıblar. Daha sonra həmin sürücülər Yusif Səfərov küçəsinin əksi istiqamətində axına qarşı hərəkət edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıblar. Film kimi hadisə anbaan kameraya qeyd olunub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh